• İQTİSADİYYAT

    17:04 15 may 2019

Azərbaycanın rəqəmsal taxoqraf sisteminin tətbiqi ilə bağlı milli açarları sertifikatlaşdırılıb

Azərbaycan rəqəmsal taxoqraf sisteminin tətbiqi ilə bağlı Milli Açarları sertifikatlaşdırılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ONA-ya verilən məlumata görə, "Azərbaycanda rəqəmsal taxoqraf sisteminə dair siyasət"in tətbiq edilməsi ilə bağlı Avropa Əsas Sertifikatlaşdırma Orqanının (ERCA) növbəti sessiyasında Azərbaycan birinci nəsil rəqəmsal taxoqraf aparatları üçün Milli Açarlarının təhvil alınması və Polşanın Qiymətli Kağızlar İstehsalı Fabrikinə (PWPW) təhvil verilməsi məqsədilə İtaliyanın İspra və Polşanın Varşava şəhərində görüş keçirilib.

Tədbirdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nümayəndələri iştirak edib.

Görüş zamanı beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin iş və istirahət rejiminə nəzarətinin təşkili sahəsində ikinci nəsil "smart taxoqraf"ların tətbiqi və bununla əlaqədar Azərbaycanın Rəqəmsal Taxoqraf Sistemində tələb olunan zəruri dəyişikliklər də müzakirə edilib. Bildirilib ki, bununla əlaqədar müvafiq tədbirlər görüldükdən sonra Azərbaycan tərəfini məlumatlandırılacaq.
Eyni zamanda, görüşdə Azərbaycanda "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yükdaşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar" barədə məlumat verilib və bu qaydalardan irəli gələn müvafiq rəqəmsal taxoqraf sisteminin yaradılması məsələləri müzakirə olunub.

Görüşün sonunda bağlanmış müqaviləyə əsasən, Polşanın Qiymətli Kağızlar İstehsalı Fabrikinin səlahiyyətli şəxslərinə paytaxt Varşava şəhərində Azərbaycan Milli Açarlarının təhvil verilməsi təmin edilib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR