“Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası” layihəsi hazırlanacaq.
ONA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyev bu gün imzaladığı Azərbaycanın energetika sektorunda islahatların sürətləndirilməsi haqqında sərəncamında bildirilib.
Sərəncama əsasən, Energetika Nazirliyi qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, energetika sektorunun inkişafının əsas prioritetləri və hədəfləri müəyyən edilməklə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsini on iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.