Azərbaycanın ".az" domenində qeydiyyatdan keçən saytlardan hər 513-ü nəticə etibarı ilə bir uğurlu fişinq hücuma məruz qalır.
ONA-nın xəbərinə görə, bu barədə "Netcraft" analitik şirkəti məlumat yayıb.
Şirkətin aprel ayına olan statistik göstəricilərə əsasən, bu rəqəm milli domendə qeydiyyatdan keçən saytların 0,22%-ni təşkil edir ki, bu da mart ayının göstəricisini 0,02 faiz bəndi üstələyir.
Qeyd edək ki, bu günə Azərbaycanın ".az" domenində qeydiyyatdan keçən saytların sayı 32 206 ədəd təşkil edir. Müqayisə üçün Ukraynada hər 347, Özbəkistanda – 915, Rusiyada – 564, Qırğızıstanda – 635, Belarusda – 871, Qazaxıstanda – 1 026, Gürcüstanda – 225, Ermənistanda isə 545 sayta bir uğurlu fişinq hücumu düşür.