• İQTİSADİYYAT

    09:32 12 aprel 2019

Azərbaycan son 10 ildə 280 mlrd. kubmetr qaz hasil edib

Azərbaycanda 2009-2018-cu illərdə 279,2 mlrd. kubmetr qaz hasil edilib.

ONA-nın SOCAR-ın göstəricilərinə istinadən verdiyi məlumata görə, ötən 10 il ərzində ən yüksək hasilat göstəricisi 2018-ci ildə – 30,5 mlrd. kubmetr, ən aşağı göstərici isə (23,68 mlrd. kubmetr) 2009-cu ildə qeydə alınıb.

Ölkədə qaz hasilatının artması “Şardəniz” qaz-kondensat yatağında məhsul istehsalının yüksəlməsi ilə əlaqədardır.

Son 10 ildə ölkədə istehsal olunan qazın 68,21 mlrd. kubmetri SOCAR-ın payına düşüb. Şirkət üzrə ən yüksək hasilat göstəricisi 2014-cu ildə – 7,22 mlrd. kubmetr, ən aşağı göstərici isə (6,1 mlrd. kubmetr) 2017-ci ildə qeydə alınıb.

Emil

Teqlər:

SON XƏBƏRLƏR