• İQTİSADİYYAT

    10:23 22 aprel 2019

Azərbaycan soyuducu və paltaryuyan maşınların idxalını azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana 10 955 ədəd məişət kondisioneri, 2 387 ədəd məişət soyuducusu və 23 242 ədəd paltaryuyan maşın idxal olunub.

ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkəyə idxal olunmuş kondisionerin dəyəri 3 165,9 min ABŞ dolları, soyuducuların dəyəri 780 in dollar, paltaryuyan maşınların dəyəri isə 5 038,6 min dollar təşkil edib.

Ötən ilin yanvar-mart ayları ilə müqayisədə Azərbaycana idxal olunmuş kondisionerlərin miqdarı 2 dəfə, dəyəri isə 45,8% artıb. İdxal olunan soyuducuların miqdarı 26,4%, dəyəri isə 25,3% azalıb, paltaryuyan maşınların miqdarı 21,7% azalıb, dəyəri isə 15,6% artıb.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR