Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İngiltərənin Nyukasl Universiteti ilə birgə həyata keçirilən “Creative Spark” (“Yaradıcı Qığılcım”) layihəsinin “Big IDEA” adlı ideya və fikir yarışının ilkin mərhələsində iştirak şansı qazanan startapçılarla görüşüb.
Ümumilikdə müsabiqəyə 50-dən artıq layihə təqdim olunub və onlardan bir qismi “Ideation” və “Boot Camp”a qatılmaq şansı qazanıblar.
Qeyd edək ki, Britaniya Şurasının (“British Council”) təşəbbüsü ilə tələbə və gənc startapçılar arasında həyata keçirilən yarışmanın qaliblərini öz ideyalarını həyata keçirmək üçün 25 min avroya qədər pul mükafatı, Birləşmiş Krallığa səfərlər və professional biznes dəstəyi gözləyir.
Müsabiqədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan.com portalına layihə daxil edən startapçılar, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri iştirak edir.