Bakı Ali Neft Məktəbi (BANM) ilə Çinin "Huawei" şirkətinin Azərbaycan nümayəndəliyi arasında əməkdaşliq müqaviləsi imzalanıb.
BANM-dan ONA-ya verilən məlumata görə, müqavilə çərçivəsində ali məktəbdə İKT Akademiyasının yaradılması və onun nəzdində laboratoriyanın qurulması üçün avadanlıq və proqram təminatı ödənişsiz olaraq veriləcək.
BANM və "Huawei" şirkəti arasında əməkdaşlığın hüquqi əsası 23 yanvar 2019-cu il tarixində imzalanmış anlaşma memorandumu ilə qoyulub. Bu memorandum BANM tələbələrinə şirkətin strukturlarında təcrübə keçmək, şirkət mütəxəssislərinin tələbələrlə öz bilik və təcrübələrini bölüşmək fürsəti yaradır.