Azərbaycan "Türk axını"nın açılışında iştirak edəcək
  • İQTİSADİYYAT

  • 10:30 08 Yanvar 2020

Azərbaycan "Türk axını"nın açılışında iştirak edəcək

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov “Türk axını” qaz kəmərinin açılış mərasimində iştirak etmək məqsədilə Türkiyəyə səfər edib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu gün İstanbulda keçirilən mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə yanaşı bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri də qatılacaq.

Qeyd edək ki, “Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. “Turk axını” qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi - Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd. kubmetrdir.

ONA

Teqlər: "Türk axını"

OXŞAR XƏBƏRLƏR