• İQTİSADİYYAT

    17:37 26 aprel 2019

Azərbaycan Türkiyə ərazisi ilə neftin nəqlini azaldıb

Bu ilin yanvar-mart aylarında Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 61,6 mln. barel neft nəql edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1% azdır.

ONA-nın Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, ötən ilin birinci rübündə kəmər vasitəsilə Türkiyə ərazisi ilə 62,3 mln. barel yaxın neft nəql edilib.

BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə Orta Asya istehsalçılarının nefti də Türkiyə ərazisinə göndərilir.

Emil

Teqlər:

SON XƏBƏRLƏR