• İQTİSADİYYAT

    12:30 15 aprel 2019

Azərbaycan Türkiyə ərazisi ilə neftin nəqlini azaldıb

Bu ilin yanvar-fevral aylarında Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 39,7 mln. barel neft nəql edilib ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 4,8% azdır.

ONA-nın Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-fevral aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 41,7 mln. barel neft nəql edilib.

BTC kəməri ilə Azərbaycanın Azəri-Çıraq-Günəşli yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə Orta Asya istehsalçılarının nefti də Türkiyə ərazisinə göndərilir.

Emil

Teqlər:

SON XƏBƏRLƏR