"Mərkəzi Azəri" layihəsinin icrasına 10 minə yaxın mühəndis cəlb olunacaq. ONA-nın xəbərinə görə, bunu SOCAR-ın IV Beynalxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Iogistika, Neft emalı, Neft-kimya" forumunda çıxış edən Bakı Alı Neft Məktəblinin rektoru Elmar Qasımov deyib.
Onun sözlərinə görə, 2023-cü ildə açılışı nəzərdə tutulan bu platforma gündəlik 100 min barel neft hasil edəcək.
"Rəsmi açılışdan sonra ölkənin kimya məhsullarını dünya bazarına çıxarmasında real addımlar atılacaq. Artıq "UkrNeftQaz" şirkətinin nümayəndələri Azərbaycanın metanol zavodu ilə danışıqlar aparıb və bu zavodun məhsullarının Ukrayna bazarına çıxarılması haqqında müqavilə imzalayıblar", - deyə E.Qasımov bildirib.