Bu ilin yanvar-aprel ayarı ərzində Azərbaycanla ABŞ arasında aparılan ticarət dövriyyəsinin həcmi 200 234,97 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% azdır.
ONA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycandan ABŞ-a ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 18,2 dəfə azalaraq 6 918,24 min dollar, idxal isə 36,3% artaraq 193 316,73 min dollar təşkil edib.
Cari ilin yanvar-aprel aylarında 186 398,49 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 12,1 dəfə çoxdur.