Azərbaycan və Bəhreyn arasında qarşılıqlı investisiyaların qorunması haqqında sənədin imzalanması, cari ilin ortalarına gözlənilir.
Bu barədə ONA-ya Ərəb Ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda hər iki tərəf sənədin hazırlanması üzrə müvafiq işlər aparır və bəzi məqamlar üzrə artıq ilkin razılıq əldə olunub. “Sənədin imzalanması hər iki tərəfdən baş nazirlər səviyyəsində həll oluna bilər. Sonrakı mərhələdə isə qarşılıqlı investisiya fondunun yaradılması əsasməsələlərdən biri olacaq. İnvestisiya fondlarının yaradılması, iki ölkənin investorlarında iqtisadiyyatın müxtəlif sahələrinə heç bir çətinlik olmadan sərmayə qoymaq üçün əminlik yaradacaq. Çünki bu işdə dövlətlər qarant kimi çıxış edəcək”, - deyə Y. Əliyev qeyd edib.