Azərbaycan və Bəhreyn arasında sərmayələrin qarşılıqlı qorunması haqqında sənədə hazırda iki ölkənin hökumətləri tərəfindən baxılır. Bunu ONA-ya Ərəb Ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.
Onun sözlərinə görə, indiki mərhələdə bu prosesin tez bir zamanda başa çatacağı barədə demək çətindir.
"Belə ki, qeyd olunan məsələyə dair razılıq yüksək səviyyədə əldə olunmalıdır və istisna deyil ki, bu, gələn il baş tuta bilər", - deyə Y. Əliyev.
Sonrakı mərhələdə qarşılıqlı investisiya fondunun yaradılması əsas məsələlərdən biri olacaq ki, bu da iki ölkənin investorları üçün iqtisadiyyatın müxtəlif sahələrinə heç bir çətinlik olmadan sərmayə yatırsaq üçün əminlik yaradacaq. Belə ki, bu işdə dövlətlər qarant kimi çıxış edəcək.