• İQTİSADİYYAT

    09:59 13 mart 2019

Azərbaycan və Ermənistan arasında tezliklərin tənzimləməsi ilə bağlı məsələ BTİ səviyyəsində baxılır

Azərbaycanla Ermənistan arasında tezlik spektrin tənzimləməsi məsələsi Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) səviyyəsində baxılır. Bu barədə ONA-ya BTİ-nın MDB üzrə regional şöbəsinin rəhbəri Kirill Oparin deyib.

Onun sözlərinə görə, BTİ Birləşmiş Millətlər Təşkilatının bir qurumu olaraq bu məsələlərin həllinə bütün ölkələrə, eləcə də münaqişədə olan ölkələrə lazımı dəstək verməyə hazırdır.

“Onu da qeyd edim ki, bu məsələyə dair koordinasiya müzakirələri Azərbaycan və Ermənistan arasında bu ilin əvvəlində Cenevrədə aparılıb. Siyasi məsələlər öz yerində, lakin belə məsələləri həll etmək lazımdır. Əgər tezliklərlə bağlı belə maneələr varsa, onları texniki səviyyədə ikitərəfli olaraq həll etmək mümkündür”, - deyə K. Oparin bildirib.

BTİ rəsmisi onu da qeyd edib ki, bu məsələ eləcədə Azərbaycanla digər qonşu ölkələr arasında mütəmadi olaraq müzakirə mövzusudur.

“Əgər bir ölkədə müəyyən tezliklər televiziya xidməti üçün, digər qonşu ölkədə isə eyni tezlik spektri, məsələn, mobil rabitə üçün istifadə olunursa, o zaman, əlbəttə ki, onlar bir birinə maneələr törədəcək. Bu məsələ birmənalı olaraq BTİ-ın tövsiyələri ilə tənzimlənir. Nəticədə, ölkələr bu məsələni həll etmək üçün bizə müraciət edərək, koordinasiya müzakirəsi aparırlar və burada da əsas olaraq BTİ-ın tövsiyələri nəzərə alınır”, - deyə K. Oparin vurğulayıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR