• İQTİSADİYYAT

    09:44 8 may 2019

Azərbaycan və Hindistan arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması sazişi üzrə müzakirələr aparılır

Azərbaycan və Hindistan arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması sazişi üzrə müzakirələr aparılır.

Azərbaycan İqtisadiyyat Nazirliyindən ONA-ya verilən məlumata görə, bunu iqtisadiyyat nazir Şahin Mustafayev Hindistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bavitlunq Vanlalvavna ilə görüş zamanı deyib.

Nazirin bildirib ki, bu günədək Hindistan şirkətləri Azərbaycan iqtisadiyyatında 1,2 mlrd. dollar investisiya yatırıb, ölkədə 230-a yaxın Hindistan kapitallı şirkət fəaliyyət göstərir və Azərbaycanla Hindistan arasında müqavilə-hüquq bazası yaradılıb.

Nazir həmçinin qeyd edib ki, 2018-ci ildə Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 84% artıb. Bu ilin birinci rübündə isə ticarət dövriyyəsi 66% artaraq 300 mln. dollara yaxın olub.

Əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bildirən iqtisadiyyat naziri sənaye, energetika, kənd təsərrüfatı, əczaçılıq, turizm, İKT və s. sahələrdə əməkdaşlıq potensialı, eləcə də Azərbaycanın qeyri-neft məhsullarının Hindistana ixracı üçün imkanları vurğulayıb, hindistanlı iş adamlarını Azərbaycanın sənaye parkları və məhəllələrində yaradılmış əlverişli şəraitdən yararlanmağa, birgə müəssisələrin təşkilinə dəvət edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR