• İQTİSADİYYAT

    15:01 4 avqust 2019

Azərbaycan və İran arasında Xəzər vasitəsi ilə sərnişin daşınması həyata keçirilə bilər

Azərbaycanla İran arasında dəniz vasitəsi ilə sərnişin daşınması həyata keçirilə bilər.

ONA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu məsələ Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev və İran yol və şəhər inkişafı naziri Məhəmməd Eslami arasında keçirilən görüşün gündəliyinə daxil edilib.

Təklif Xəzər dənizində Azərbaycan limanları ilə İranın şimalındakı limanlar arasında sərnişin daşınmasının həyata keçirilməsini, iki ölkə arasında bu sahədə dəniz əlaqəsinin yaradılmasını əhatə edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR