Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan hökuməti ilə üç əməkdaşlıq sazişi və üç anlaşma memorandumu imzalayıb.
ONA-nın xəbərinə görə, əməkdaşlıq sazişləri lisenziyalaşdırma və yoxlamaların aparılması qaydalarını sadələşdirməyə, eləcə də Azərbaycan Hökumətinə investisiya siyasəti və təşviqi çərçivəsini inkişaf etdirməyə və birbaşa xarici investisiyaların cəlbi siyasəti və təşviqi çərçivəsini inkişaf etdirilməyə yardım edəcək.
Layihə həmçinin məşğulluğun önəmli mənbəyi olan və qeyri-neft iqtisadi artımı sövq etmək üçün həlledici əhəmiyyət kəsb edən kənd təsərrüfatı və aqrobiznes sahələrində mövcud olan çağırışları aradan qaldırmağa kömək edəcək.
Layihə keyfiyyətli toxumların əlçatanlığını artırmaq, aqrobiznes dəyər zəncirləri ilə tənzimləyən normaları sadələşdirmək və milli səviyyədə qida təhlükəsizliyinin idarə edilməsi sistemini müasirləşdirmək məqsədi daşıyaraq, özəl bölməyə düşən inzibati yükü azaltmağa və ərzaq məhsullarının ixracını artırmağa yardım edəcək.
Qeyd edək ki, saziş və memorandumların icrası üzrə işçi qrupunun yaradılıb. İşçi qrupunun rəhbəri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov təyin edilib.