• İQTİSADİYYAT

    12:26 14 mart 2019

Azərbaycan və İran arasında elektron TIR-la bağlı memorandum imzalanıb

"Azərbaycan və İran arasında elektron TIR-la bağlı memorandum imzalanıb". ONA xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abbasov bildirib.

Onun sözlərinə görə, sözügedən memorandum sayəsində qısa idxal bəyənnaməsinə ehtiyac olmayacaq: "Hazırda Türkiyə, Gürcüstan və digər sərhəd ölkələri ilə də bu cür memorandum imzalamaq niyyətindəyik. Türkiyə ilə İran arasında da analoji memorandum imzalanıb. Gələcəkdə Türkiyə ilə bu cür sənəd imzalandıqdan sonra vahid bir sistem olacaq".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR