• İQTİSADİYYAT

    16:19 29 mart 2019

Azərbaycan və İran radio-televiziya yayımının tənzimlənmə mexanizmlərini müzakirə edəcək

Azərbaycan-İran sərhəd bölgələrində radio-televiziya yayımı istiqamətində radiotezliklərin koordinasiyası məsələlərinə baxılması üçün radio-televiziya yayımların koordinasiya komissiyasının növbəti toplantısının keçirilməsi üzrə razılıq əldə olunub.

Dövlət Radiotezliklər İdarəsindən ONA-ya verilən məlumata görə, razılıq radiotezliklərin koordinasiyası və hər iki dövlətin ərazisinə nüfuz edən radio-televiziya yayımının əhatə dairəsinin tənzimlənməsi mexanizmlərinin müzakirəsini nəzərdə tutur.
Eyni zamanda, tərəflər arasında bütün yerüstü yayım xidmətləri üzrə birgə radimonitorinqlərin həyata keçirilməsi istiqamətində də razılıq əldə olunub.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin təşəbbüsü ilə yaradılmış radio-televiziya yayımlarının koordinasiyası komissiyasının ilk iclası ötən ilin noyabr ayında keçirilib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR