• İQTİSADİYYAT

    16:38 10 aprel 2019

Azərbaycan və Koreyanın dəmir yolları rəhbərləri arasında görüş keçirilib

“Korail” Koreya Milli Dəmir Yolları Korporasiyasının Cənubi Koreyanın paytaxtı Seulda yerləşən ofisində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla “Korail”in prezidenti Son Byonq Sokun arasında görüş keçirilib.

QSC-dən ONA-ya verilən məlumata görə, görüşdə QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, Azərbaycanın nəqliyyat-logistika imkanları, dəmir yolunda həyata keçirilən islahatlar barədə danışıb. O, “Bakı-Tbilisi-Qars” dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat verib.
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutundan (Orta Dəhliz) danışan Cavid Qurbanov bildirib ki, bu dəhliz yüklərin Çindən Avropaya və əks istiqamətdə daşınmasını təmin edir. Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması istiqamətində ən mühüm nailiyyətlərdən biri də “Bakı-Tbilisi-Qars” dəmir yolu xəttinin istifadəyə verilməsidir. “Bakı-Tbilisi-Qars” dəmir yolu xətti Orta Dəhlizin tərkib hissəsi olmaqla, Çinlə Avropa arasında ən qısa marşrutdur. “Korail” Koreya Milli Dəmir Yolları Korporasiyası Lyanyunqan və Pusan limanlarının geniş terminal imkanlarından istifadə edərək, Avropaya yüklərin müntəzəm daşınması üçün Orta Dəhliz layihəsinə qoşulmaq imkanlarını nəzərdən keçirə bilər.

Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.Səfər zamanı həmçinin Azərbaycan nümayəndə heyəti Pusan limanının işi ilə tanış olub.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR