Varşavaya təşkil olunan Azərbaycanın ixrac missiyası başa çatıb. İxrac missiyasına şərab və digər spirtli içkilər, qida məhsulları və kosmetik vasitələrin istehsalı ilə məşğul olan 22 yerli şirkət daxil olub.
ONA-nın Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, missiya çərçivəsində Polşadan olan şirkətlərlə görüşlər keçirib, məhsulların ixracına dair ilkin razılıqlar əldə olunub. Belə ki, “Azerstar”, “Bakukonserv”, “Mars-Fk”, AHEC və “Astara çay” şirkətləri istehsal etdiklərin məhsullarının Polşaya ixracına dair ilkin razılıqlar əldə ediblər.
İxrac missiyası çərçivəsində Azərbaycan şirkətləri Varşavada təşkil olunmuş “Worldfood Poland” beynəlxalq ərzaq sərgisində “Azərbaycan Ticarət Evi”nin təşkil etdiyi stenddə öz məhsullarını təqdim edib. Sərgi zamanı keçirilmiş müsabiqədə “Şirvan Şərabları” şirkətinin istehsal etdiyi “Meysəri Məxməri Premium” şərabı mükafata layiq görülüb.