• İQTİSADİYYAT

    16:20 10 aprel 2019

Azərbaycan və Qazaxıstan arasında dənizaltı kabel magistralı cəkilir

Azərbaycanın magistral provayderi "AzerTelecom" şirkəti Transxəzər layihəsinin bir həssəsi olan Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabel xəttinin çəkilişi layihəsinə başlayıb.

Şirkətdən ONA-ya verilən məlumata görə, bu məqsədlə Azərbaycan tərəfindən "AzerTelecom" şirkəti və Qazaxıstan tərəfindən "Transtelekom" və "KazTransCom" şirkətləri arasında ümumi uzunluğu 380-400 km olacaq Transxəzər magistralının çəkilməsi ilə bağlı Konsorsium təsis edilib, birgə işçi qrup yaradılıb, tikinti üzrə müvafiq müqavilə imzalanıb.

Layihənin icrası üçün Azərbaycan və Qazaxıstan arasında "Azərbaycan Qazaxıstan hökumətləri arasında Azərbaycanın və Qazaxıstanın rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında" dövlətlərarası saziş imzalanıb və müvafiq olaraq Azərbaycan dövləti tərəfindən təsdiqlənib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR