Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Qazaxıstanın rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliyev arasında ikitərəfli görüş keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ONA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi, Azərbaycan və Qazaxıstanın qlobal bazarlarda rəqabət qabiliyyətli startap layihələri arasında sinerjinin yaradılması, birgə layihələrin icra olunması, tanışlıq səfərlərinin təşkili və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.