Azərbaycan Qazaxıstanla radiotezliklərin koordinasiyasını müzakirə edəcək. Bu barədə ONA-ya Dövlət Radiotezliklər İdarəsindən bildirilib.
Müzakirə predmeti radiotezlik spektrinin nizamlamasını nəzərdə tutur ki, bu da istifadədə olan radioelektron vasitələrin bir birinə əngəlyaratma ehtimalının azaldılmasına yönəlib.
Qeyd edək ki, hazırda belə müzakirələr mütəmadi olaraq Rusiya, Gürcüstan və İranla da aparılır.
“İstisna deyil ki, radiotezlik spektrinin nizamlaması gələcəkdə Türkmənistanla da müzakirə oluna bilər”, - deyə İdarədən bildirilib.