• İQTİSADİYYAT

    13:20 27 mart 2019

Nazir müavini: "Azərbaycan və Rusiya arasında rouminq tarifləri endiriləcək"

Azərbaycan və Rusiya mobil rabitə operatorları arasında rouminq tariflərinin endirilməsi ilə bağlı sazişin imzalanması gözlənilir. Bu barədə ONA-ya Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavininin sözlərinə görə, hazırda qeyd olunan məsələyə dair müzakirələr aparılır.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rouminq qiymətlərin aşağı salınmasına dair lazımı tədbirlər görüləcəyinə dair razılıq artıq əldə olunub. Tərəflər arasında məsələ ilə bağlı danışıqlar ötən ilin dekabrında Bakıda baş tutub. Bu istiqamətdə işlər ikitərəfli təmaslar səviyyəsində aparılır və qarşıda duran əsas məsələ iki ölkənin mobil operatorlarının qarşılıqlı razılaşmasıdır.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR