Bu ilin yanvar-aprel ayarı ərzində Azərbaycanla Rusiya arasında aparılan ticarət dövriyyəsinin həcmi 839 083,57 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,6% çoxdur.
ONA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycandan Rusiyaya ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 13% artaraq 178 446,53 min dollar, idxal isə 25,5% artaraq 660 637,04 min dollar təşkil edib.
Cari ilin yanvar-aprel aylarında 482 190,51 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 30,8% çoxdur.