• İQTİSADİYYAT

    11:58 4 aprel 2019

Azərbaycan və Rusiya müəssisələri arasında üç sənəd imzalanıb

Rusiya sənaye müəssisələrinin Azərbaycanda işgüzar missiyası çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan və Rusiya müəssisələri arasında üç sənəd imzalanıb.

ONA-nın xəbərinə görə, bu sənədlərdən biri Sumqayıt Texnologiyalar Parkı (STP) ilə “Rostselmaş” kombayn zavodu arasında əməkdaşlıq və münasibətlərin təşkili sazişidir.

Sənədi STP-nin rəhbəri Emin Məmmədov və “Rostselmaş”ın kommersiya direktoru Aleksey Şveytsov imzalayıblar.

Eləcə də STP ilə “Transmaşholding” arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi STP-nin rəhbəri Emin Məmmədov və “Transmaşholding”in baş direktorun birinci müavini Aleksey Vorotilkin imzalayıblar.

Hasarlama sistemlərinin qurulmasına dair anlaşma memorandumu isə “AzOkso” müəssisəsi ilə “Serviceİnvest” arasında imzalanıb. Sənədi “AzOkso”nun İdarə Heyətinin sədri Tofiq Kərimov və “Serviceİnvest”in direktoru Yuri Danilov imzalayıblar.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR