Bu ilin yanvar-aprel ayarı ərzində Azərbaycanla Türkiyə arasında aparılan ticarət dövriyyəsinin həcmi 1 197 903,06 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,4% çoxdur.
ONA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 82% artaraq 756 978,16 min dollar, idxal isə 5,8% azalaraq 440 924,90 min dollar təşkil edib.
Cari ilin yanvar-aprel aylarında 316 053,26 min dollarlıq müsbət ticarət saldosu yaranıb. Halbuki ötən ilin analoji dövründə Türkiyə ilə ticarət dövriyyəsində 51 835,69 min manatlıq mənfi saldo yaranmışdı.