• İQTİSADİYYAT

    11:11 14 mart 2019

Azərbaycan və Yaponiya əlaqələrini genişləndirəcək

Yaponiyada rəsmi səfərdə olan Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov bu ölkənin xarici işlər naziri Taro Kono ilə görüşüb.

Vergilər Nazirliyindən ONA-ya verilən məlumata görə, T. Kano 2018-ci ilin sentyabrında Bakıya rəsmi səfərini xatırladaraq, Azərbaycanda səmərəli görüşlər keçirdiyini, qarşılıqlı əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. Görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan-Yaponiya əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyi vurğulanıb.

Səfər çərçivəsində vergilər naziri M. Cabbarov Yaponiya baş nazirinin xüsusi müşaviri Tamohiko Taniquçi, xarici işlər nazirinin müavini Toşiko Abe, habelə Yaponiya maliyyə nazirinin müavini, Azərbaycan-Yaponiya Parlamentlərarası dostluq qrupunun üzvü Keniçiro Ueno ilə də görüşüb. Görüşlərdə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti, iqtisadi əlaqələrin genişləndirilməsi və ticarətin həcminin artırılması istiqamətində perspektivlər barədə müzakirələr aparılıb. Görüşlər zamanı Azərbaycanda iqtisadi və sosial sahədə həyata keçirilən islahatlar barədə məlumat verilib, ölkədə qeyri-neft sahəsində əməkdaşlıq və müştərək müəssisələrin təşkili üçün böyük potensialın olduğu diqqətə çatdırılıb.

Naziri M. Cabbarov Azərbaycan-Yaponiya iqtisadi komitəsinin üzvləri ilə də görüşüb. Görüşdə komitə üzvləri ilə Yaponiya biznes dairələrinin Azərbaycan iqtisadiyyatında iştirakının artırılması imkanları, Azərbaycanın sənaye, kənd təsərrüfatı, səhiyyə sahələrinə yeni texnologiyaların idxalı, sərmayə qoyuluşu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR