Vətəndaşlar şəxsiyyət vəsiqələrini yaşayış yerindən asılı olmayaraq bütün “ASAN xidmət” mərkəzlərində dəyişdirə biləcəklər. ONA-nın xəbərinə görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, bu xidmət ölkə üzrə açılacaq 5 yeni “ASAN xidmət” mərkəzinin açılışından sonra istifadəyə veriləcək.
"Cari ilin sonuna 6 mərkəzin istifadəyə veriləcəyi gözlənilir. Bu mərkəzlərdən sonra biz artıq onu bəyan edəcəyik", - deyə Ü. Mehdiyev bildirib.