Bu ilin yanvar-aprel aylarında Azərbaycan ümumi dəyəri 5 678 799,44 min ABŞ dolları təşkil edən 12 061 695,52 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.
ONA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə
Azərbaycanın ixrac etdiyi ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının dəyəri 22,6%, həcmi isə 29,1% artıb.