Bu ilin yanvar-aprel ayarı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 11 639,38 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,1% çoxdur.
ONA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 25,4% artaraq 7 089,96 mln. dollar, idxal isə 50,3% artaraq 4 549,42 mln. dollar təşkil edib.
Cari ilin yanvar-aprel aylarında 2 540,54 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu göstərici 2018-ci ilin ilk dörd ayı ilə müqayisədə 3,2% azalıb.