Azərbaycana hibrid və digər ekoloji təmiz yanacaqla işləyən avtomobillərin idxal rüsumlarına gələn ilin büdcə zərfində baxılacaq. ONA-nın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, rüsumların artırılıb-azaldılması məsələsi büdcə zərfində baxılır.
"Cari il ərzində rüsumların baxılması gözlənilmir, lakin növbəti ilin büdcəsində tariflərin güzəştləri və ya hansı mallara rüsumların qaldırılması məsələsinə baxılacaq", - deyə S.Mehdiyev qeyd edib.