Azərbaycana Körfəz ölkələrindən gələnlərin sayında 7%-dək azalma müşahidə olunub. ONA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, yanvar-fevral ayları turizmdə aşağı mövsüm hesab edilir: "Sözügedən regiondan birbaşa uçuşların sayı azalıb. Həmçinin, Yaxın Şərq qeyri-stabil region olduğundan bunu turistlərin sayında da müşahidə etmişik”.