• İQTİSADİYYAT

    14:29 16 may 2019

Azərbaycana mobil telefon idxalı artıb

Bu ilin mart ayında Azərbaycana 91 436 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub. Bu barədə ONA-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Fevral ayı ilə müqayisədə idxalın artımı martda 15,5% təşkil edib. İdxal olunan məhsulların dəyəri mart ayı üzrə 11 376,7 min ABŞ dolları təşkil edib ki, bu da fevral ayının göstəricisi ilə müqayisədə təxminən 14% çoxdur.

"Bu ilin yanvar-mart aylarında isə ölkəyə 241 311 ədəd mobil qurğu idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın artımı 38,3% təşkil edib. İdxal olunan məhsulların dəyəri 29477,6 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-mart aylarının göstəricisini 72,3% üstələyir", - deyə Komitədən bildirilib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR