• İQTİSADİYYAT

    18:17 14 mart 2019

Azərbaycana mobil telefonların idxalı kəskin artıb

Bu ilin yanvar ayında Azərbaycana 70 754 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub. Bu barədə ONA-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın artımı 51% təşkil edib. İdxal olunan məhsulların dəyəri 8 116,5 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 83,4% çoxdur.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycana dəyəri 9 4961,0 min dollar olan 884 min mobil qurğu idxal edilib və bu göstəricilər üzrə 2017-ci illə müqayisədə artım müvafiq olaraq 37,8% və 8% təşkil edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR