Bu ilin birinci rübündə Azərbaycana pul köçürmələrinin həcmi 215 mln. ABŞ dolları təşkil edib.
ONA-nın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycana göndərilən pul baratlarının həcmi 26,3% azalıb.
Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında bu göstərici 291,6 mln. dolar təşkil edib.