Sığorta sektorunda aktivlərin şaxələndirilməsi artıb.
ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, aktivlərin artımının böyük hissəsi (77 faizi və ya 175 milyon manat) qiymətli kağızlar hesabınadır ki, bu da qiymətli kağızların cəmi aktivlərdə payının 8,8 faiz artaraq 37,9 faizə çatması deməkdir. Digər tərəfdən, 2017-ci illə müqayisədə toplanmış sığorta haqları 30,2 faiz (168,8 milyon manat) artaraq 728 milyon manat, sığorta ödənişləri isə 8 faiz (20,5 milyon manat) azalaraq 240,3 milyon manat təşkil edib.