• İQTİSADİYYAT

    17:08 14 sentyabr 2020

Azərbaycana yönələn birbaşa xarici investisiyalar 23% artıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana xaricdən 2,1 mlrd. ABŞ dolları həcmində birbaşa investisiyalar cəlb olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,5% çoxdur.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84,4% təşkil edib.

2020-ci ilin 6 ayında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-65,6 mln. dollar) azalması cəlb olunmuş investisiya ilə (1,8 mlrd. dollar) kapitalın repatriasiyası (1,8 mlrd. dollar) arasındakı fərqdən formalaşıb. Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 328,6 mln. dollar olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR