• İQTİSADİYYAT

    12:54 5 mart 2019

Azərbaycanda 20 bank olmayan kredit təşkilatı ləğv edilib

Keçən il Azərbaycanda ümumilikdə 20 bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv edilib.

ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, hesabat dövründə Birkartt BOKT MMC-yə məhdud bank fəaliyyətinin göstərilməsi üçün lisenziya verilib.

Nəticədə sektorda fəaliyyət göstərən BOKT-ların sayı 104 olub ki, bundan da 57-si kredit ittifaqıdır.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR