Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2022-ci ildə ölkə üzrə neft və qaz kondensatının hasilatı 39 mln. ton təşkil edəcək ki, bu da 2018-ci ilin göstəricisinə nisbətən 0,65% çoxdur (38,76 mln. ton).
ONA-nın Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının dərc etdiyi “Market Analysis Azerbaijan 2019” adlı xüsusi nəşrinə istinadən verdiyi məlumata görə, proqnoza əsasən, 2019-cu ildə Azərbaycanda 38,5 mln. ton neft və qaz kondensatı hasil ediləcək.
Nəşrdə qeyd edildiyi kimi, 2020-ci ildə bu göstərici 38,9 mln. ton, 2021-ci ildə isə 39,1 mln. ton təşkil edəcək.