• İQTİSADİYYAT

    13:25 9 aprel 2019

Azərbaycanda 2022-ci ildə qaz hasilatı 50%-ə yaxın artacaq  

Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2022-ci ildə ölkə üzrə qaz hasilatı 45 mlrd. kubmetr təşkil edəcək ki, bu da 2018-ci ilin göstəricisinə (30,6 mlrd. kub metr) nisbətən 47% çoxdur.

ONA-nın Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının dərc etdiyi “Market Analysis Azerbaijan 2019” adlı xüsusi nəşrinə istinadən verdiyi məlumata görə, proqnoza əsasən, 2019-cu ildə Azərbaycanda 36,9 mlrd. kubmetr qaz hasil ediləcək.

Nəşrdə qeyd edildiyi kimi, 2020-ci ildə bu göstərici 39,9 mlrd. kubmetr, 2021-ci ildə isə 43,4 mlrd. kubmetr təşkil edəcək.

Emil

Teqlər:

SON XƏBƏRLƏR