Mart ayında Yaşma külək elektrik stansiyasında 11 mln. kVt-saat elektrik enerji istehsal edilib. Bunu ONA-ya "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, küləkli hava şəraitindən asılı olaraq bu göstərici dəyişə bilər.
"Hazırda Yaşma stansiyasında 26 ədəd turbin istismar edilir və gələcəkdə onların sayının artırılması gözlənilir. Əldə olunan elektrik enerji ümumi elektrik sistemə ötürülür. Ümumiyyətlə, 2025-ci ilədək alternativ enerji istehsalı ölkə üzrə ümumi elektrik enerjisi istehsalının 25-30%-ni təşkil edəcəyi gözlənilir. Hazırda bu rəqəm 1,7%-ə bərabərdir ", - deyə T. Mustafayev bildirib.