Bu günədək Azərbaycanda 900 mindən çox sahibkar qeydiyyatdan keçib. ONA xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev azranking.az portalının təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, Ağstafada sahibkarlar üçün regional konfrans keçiriləcək və bu vür tədbirlər ölkənin bütün regionlarında təşkil olunacaq.
“Gördüyümüz vacib işlərdən biri də şuraların yaradılmasıdır. Artıq Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə sahibkarlar şuraları yaradılıb. Yaxın gələcəkdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə də analoji şuranın yaradılması planlaşdırılır”, - deyə M. Musayev bildirib.