• İQTİSADİYYAT

    11:08 10 dekabr 2020

Azərbaycanda aeroportlar yanvarın sonunadək müntəzəm sərnişin reysləri üçün bağlı olacaq

Gələn ilin yanvarın 31-dək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.

"Azərbaycan Hava Yolları" QSC-dən "APA-Economics"ə verilən məlumata görə, karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə xüsusi reyslərin yerinə yetirilməsi davam etdirilir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusun yayılma təhlükəsi ilə əlaqədar Azərbaycanda xüsusi karantın rejiminin müddətini 31 yanvar 2021-ci ilə qədər uzadıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR