• İQTİSADİYYAT

    12:55 3 avqust 2021

Azərbaycanda "Aİ-98" benzini bahalaşıb

Azərbaycanda "Aİ-98" (“Super”) markalı avtomobil benzini bahalaşıb.

“SOCAR Petroleum”dan "APA-Economics"ə verilən məlumata görə, ölkə ərazisində "Aİ-98" benzininin qiyməti bir litr üçün 1,55 manatdan 1,6 manatadək yüksəlib.

Bildirilib ki, bahalaşma yanacağın alış qiymətinin artması ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycan "Aİ-98" benzinini istehsal eləmir, bu markalı yanacaq ölkəyə idxal edilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR