Azərbaycanda aksizlərin orijinallığının qorunmasında "blockchain" texnologiyasından istifadə olunacaq. Bunu ONA-ya "iQrex" startap layihəsinin rəhbəri Cəlal Rəhimov deyib.
Onun sözlərinə görə, dövlət səviyyəsində icra olunacaq bu layihə "Ağıllı aksiz" adlanır, hansı ki, "iQrex" sistemi üzərindən alkoqollu və energetik içkilərdə, eləcə də siqaretlərin üzərində istifadə olunan aksizlərin saxta olub-olmadığını aşkar edəcək.
“Bu isə öz növbəsində ölkəyə dolayı yolla gətirilən məhsulların yayılmasının qarşısını alacaq. Hazırda bu layihə üzrə tender keçirilir. Layihənin icrası bu il nəzərdə tutulub", - deyə C. Rəhimov qeyd edib.