• İQTİSADİYYAT

    17:06 1 may 2019

Azərbaycanda alternativ enerjinin istehsalı 12 dəfə artıb

Azərbaycanda 2014-2018-ci illərdə 114,881 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib.

ONA-nın Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən hazırladığı hesablamalarına görə, son beş il ərzində ölkədə istehsal edilən elektrik enerjisinin 101 362,6 mln. kVt-saatı istilik, 8 142,4 mln. kVt-saatı su, 248,8 mln. kVt-saatı isə günəş və küləklə işləyən elektrik stansiyalarının payına düşüb. Son beş ildə ölkədə alternativ enerjinin istehsalı 12 dəfə artıb.

Ölkədə son beş ildə elektrik enerjisinin istehsalı üzrə ən yüksək göstərici 2018-ci ildə qeydə alınıb və 23 243,7 mln. kVt-saat təşkil edib. Ən aşağı göstərici isə 2017-ci ildə qeydə alınıb - 22 551,6 mln. kVt-saat.

Azərbaycanda elektrik enerjisinin istehsalı:

2018-ci il

2017-ci il

2016-cı il

2015-ci il

2014-cü

Elektrik enerjisi (ümumi), mln. kVt-saat

23 243,7

22 551,6

23 073,9

22 900,5

23 111,3

İstilik elektrik stansiyaları

20 534,5

19 826,7

20 056,4

20 260,1

20 684,9

Su elektrik stansiyalar

1 737,6

1 717,8

1 911,9

1 541,5

1 233,6

Günəş və küləklə işləyən elektrik stansiyalar

95,8

51,6

83,8

9,7

7,9

Emil

Teqlər:

SON XƏBƏRLƏR