Azərbaycan Mərkəzi Bankı (AMB) ani ödəniş sisteminin yaradılması layihəsi üzərində işlər aparır. ONA-nın məlumatına görə, bunu bu gün AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev “Maliyyə və Texnologiyalar Sammiti”ndə (“Fintex Sammit”) bildirib.
A. Quliyev deyib ki, 50 ölkədə ani ödəniş sistemi tətbiq olunur və Azərbaycanda bu sistemin yaradılması nəticəsində fiziki şəxslər, biznes strukturları və dövlət qurumları arasında aparılan qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablamalar 7/24/365 rejimində 5-10 saniyə ərzində yekunlaşacaq.